Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda baş verən terror hücumunda xəsarət alanlara baş çəkib.
Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Ərdoğan bildirib ki, terrorçuların kimi hədəf almasının fərqi yoxdur. Çünki bütün hallarda hədəf ölkə insanıdır: "Hərbiçinin də, polisin də, təhlükəsizlik əməkdaşının da vəzifəsi millətin təhlükəsizliyini təmin etməkdir. Terror aktı da bunlara qarşı törədilir. Bunun güzəştə gedəcək tərəfi yoxdur. Terrorçulara qarşı mübarizəmizi usanmadan davam etdirəcəyik. Ürəyimiz qan ağlayır, amma hər şeyin bir bədəli var».