Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 12-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı" təsdiq edililməsi haqqında qərar qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır: - Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi. - Maliyyə Nazirliyinin Məlumat-Hesablama Mərkəzi. - "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti.