Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini debata çağırıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Z.Oruc bu təklifi ATƏT-in Bakı ofisi siyasi partiya və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə 2008-ci il prezident seçkisini izləmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının tövsiyələrinin icrasına həsr olunmuş dəyirmi masada səsləndirib. Z.Oruc AXCP sədrini televiziyada debata çağıraraq həm ölkədəki ictimai-siyasi vəziyyəti, həm müxalifətin durumunu müzakirə etməyə hazır olduğunu bildirib.