Namiq Qaraçuxurlu Oksanaya xəbərdarlıq etdi
Namiq Qaraçuxurlu rəqqasə Oksana Rəsulovaya xəbərdarlıq edib. Meyxanaçı, rəqqasənin Day.Az saytına verdiyi müsahibəsində onun Aygün Kazımova ilə münasibətlərindən danışmasına etiraz edib:
"Mən, ümumiyyətlə, Oksananın şərhləri sayəsində saqqız kimi uzanan bu mövzuya toxunmaq istəməzdim. Mən onu xəbərdar etmək istəyirəm ki, bir daha heç bir KİV-də mənim adımı hallandırmasın. Çünki, o danışdıqca heç kimə lazım olmayan söhbətlər uzandıqca uzanır. Düşünürəm ki, bu söhbətlərin onun özünə də bir xeyri yoxdur!"
P.S Son zamanlar rəqqasə Oksana Rəsulova və Namiq Qaraçuxurlu arasında isti münasibətin olması deyilirdi. Söz-söhbətlərin yaranmasına onların Moskvadan təyyarə ilə birlikdə Bakıya uçması olub. Xəbər mətbuatda yayıldıqdan sonra hər iki tərəf təyyarədə təsadüfən rastlaşdığını bildirmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47