ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağla bağlı bəyanat yayıblar. 

Sözügedən bəyanat həmsədrlərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşündən sonra açıqlanıb.

"Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdırma üzrə mexanizminin yaradılması barədə təklifləri nazirlərə təqdim ediblər”, - deyə müraciətdə qeyd olunur. 

Öz növbəsində nazirlər münaqişənin həlli üzrə danışıqların bərpası üçün prezidentlərin iyun ayında keçiriləcək görüşə razılıq verdiklərini təsdiq ediblər​(AzNews.az)