"Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşünün dəqiq tarixi hələ məlum deyil".
Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
O, bildirib ki, dəqiq tarix barədə tərəflər razılığa gəlməlidirlər: "Ümid edirik ki, tarix və detallar razılaşdırıldıqdan sonra onlar müvafiq bəyanat verəcəklər".