"Rusiyanın Cənubi Osetiyada 1000-də çox hərbi texnikası var".

Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. 

Hərbi texnika daha çox Sxinvali və Djava qəsəbəsində yerləşdirilib(Axar.az).

Qeyd edək ki, Cənubi Osetiya Rusiyanın 2008-ci ilin avqustundakı hərbi müdaxiləsindən sonra Gürcüstandan alınıb. Bundan sonra Moskva dərhal qondarma rejimin müstəqilliyini tanıyıb.

Rusiya Cənubi Qafqazda Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi bazalara sahibdir. Bunlar içərisində ən böyük baza Gümrüdə yerləşən 102-ci hərbi baza hesab edilir.