Xalq zairi Rəsul Rzanın 100 illik yubileyi qeyd ediləcək
Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi qeyd ediləcək. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq şairi Fikrət Qocanın verdiyi məlumata görə, XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikanın müxtəlif bölgələrində, o cümlədən Gəncədə, Göyçayda, Naxçıvanda və Bakıda silsilə tədbirlər keçiriləcək.
Bnundan başqa şairin Göyçayda doğulub boya-başa çatdığı evdə açılacaq ev-muzeyinin qarşısında büstü qoyulacaq. Həmçinin AYB-nin Rusiyanın paytaxtı Moskva şəhərindəki filialında və İranda da yubiley tədbirləri keçiriləcək. Mayın 12-də isə Türkiyənin İstanbul şəhərində böyük yubiley tədbirinin keçirilməsi nəzərdə turulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47