"Çinin Milli Neft Korporasiyası (CNPC) SOCAR həyata keçirdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə payçı kimi qoşula bilər".
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
"CNPC Çinin neft-qaz sektorunda fəaliyyət göstərən ən böyük şirkətdir. Onlarla danışıqlara başlanılıb. Çin şirkəti bu layihədə investor kimi iştirak etmək istəyir. Həm də biz Çin banklarına layihənin maliyyələşdirilməsində iştirak etməyi təklif etmişik", - deyə, R. Abdullayev qeyd edib.
APA