"Həmsədrlərin əsas məqsədi Vyanada əldə olunan irəliləyişi daha da inkişaf etdirməkdir, habelə hərtərəfli sülh sazişi üzrə danışıqlara nail olmaqdır".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dağlıq Qarabağ üzrə danışıqları şərh edərkən deyib.
Ötən gün həmsədrlərin Brüsseldə Elmar Məmmədyarovla görüşdüyünü xatırladan səfir vasitəçilərin sabah Ermənistan xarici işlər naziri ilə görüşəcəyini əlavə edib(APA).