"Rusiya ilə münasibətləri qaydasına salmaq istəyirik”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan rəsmi Moskvanın ondan hansı addımları atmağı gözlədiyini anlamadığını söyləyib: "Əslində hər iki tərəf münasibətlərin yaxşılaşmasına çalışmalıdır”.

O, həmçinin pilotun "səhvi”nə görə Türkiyə- Rusiya münasibətlərinin bu həddə çatmağını da dərk etmədiyini qeyd edib(qafqazinfo).

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə Türkiyənin Rusiyaya məxsus "SU-24” təyyarəsini vurmasına baxmayaraq əlaqələri bərpa etmək istədiyini, Rusiyanın Türkiyə ilə müxtəlif üsullarla əlaqə saxladığını bəyan etmişdi: "Rəsmi Moskva Türkiyədən konkret addımlar gözləyir, lakin hələ bir yenilik yoxdur”.