Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfərə gələcək.

Strateq.az bildirir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Bu gün Ukrayna prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevlə İstanbulda görüşüb.

"Görüş zamanı Ukrayna prezidentinin Bakıya səfəri ilə bağlı hazırılıq müzakirə olunub. İki dövlət başçısı yaxın zamanlarda Ukrayna -Azərbaycan hökümətlərarası komisisyasının birgə iclasının keçirilməsi barədə razılıq əldə ediblər”, – deyə məlumatda vurğulanıb.