Pakıstanın müvəqqəti Baş naziri və dünya bankının eks-prezident köməkçisi Moeen Qureshi Vaşinqtondakı evini satışa çıxarıb.
Məşhur bankirin köşkü üçün müəyyən olunmuş qiymət 8 milyon dollardır. İki evin birləşməsindən ibarət olan köşkdə ümumi 11 yataq otağı və 10 hamam, geniş bağça və hovuz var. Yaşıllıqlar içindəki mənzilin dizaynında müasir və antik üslublardan istifadə olunub.
Qeyd edək ki, bankir Beynəlxalq Valyuta Fondunda da vacib vəzifələrdə işləyib.


