Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədən kənar qurultayında yeni sədri seçilib.
Mia.az xəbər verir ki, sədrliyə yeganə namizəd olan nazir Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni rəhbəri seçilib. Bununla da o, Əhməd Davudoğlundan boşalan baş nazir vəzifəsinə də üstələnib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, sabah prezident Ərdoğan yeni baş nazirə höküməti formalaşdırmaq səlahiyyəti verəcək.