"Mən həmişə xalqın iradəsinə hörmət etmişəm".

Bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov İngiltərənin "Sandey Tayms” qəzetinə müsahibəsində deyib.

O, Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyib:

"Mən həmişə xalqın iradəsinə hörmət etmişəm. Krımdakıların böyük əksəriyyəti Rusiyaya birləşmək istəyirdi. Əgər mən də Vladimir Putinin yerində olsaydım, oxşar addımı atardım”. 

Qorbaçov SSRİ-də islahatlar keçirmək istədiyini, lakin heç vaxt onun dağılmasından yana olmadığını bildirib(Axar.az).

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiyaya ilhaq olunub.