Avropa Birliyi (AB) yaxın həftələrdə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını müzakirə edəcək.
Bu barədə Avropa Birliyi rəsmisi Federika Moqerini bildirib.
Moqerininin sözlərinə görə, müzakirələrdə qurumun üzv ölkələri iştirak edəcək.
AB rəsmisi Rusiyanın Minsk sazişini icra etməsinin vacibliyinə toxunub və sanksiyaların sazişin bütün bəndlərinə əməl olunmaması ilə bağlı olduğunu bəyan edib(Strateq.az).