Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının meriyanın binası qarşısında aksiya keçirməklə bağlı ötən həftə etdiyi etdiyi müraciətə cavab verib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Müsavat başqanını müavini Mehman Cavadoğlu verib. M.Cavadoğlu BŞHİ ?dən ?yox? cavabı aldıqlarını bildirib. Partiya yetkilisi onu da qeyd edib ki, Müsavat Partiyasının divanı məsələni müzakirə edib: "Biz aprelin 14-də BŞİH-in qarşısında eyni tələblərlə - əhalinin sərbəst toplaşmasına imkan yaradılması tələbi ilə piket keçirəcəyik. Bu piket BŞİH-nin razılıq verib verməməsindən asılı olmayaraq keçiriləcək?. Qeyd edək ki, martın 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı meri Hacıbala Abutalıbova məktubla müraciət edib əvvəllər yürüş və mitinqlərin keçirildiyi yerlərdə yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını, eləcə də ali dövlət strukturlarının və digərqurumların yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını istəmişdi. Bu günlərdə həmin müraciətə qənaətbəxş cavab almadığından partiya BŞİH-yə meriyanın binası qarşısında etiraz aksiyası keçirmək üçün müraciət etmişdi.