Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coana Qansonu qəbul edib. Ümid Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ölkəmizdə bu il keçirilməsi gözlənilən parlament seçkiləri, seçkiqabağı ictimai-siyasi vəziyyət, seçkilərdə paralel səs sayma və Qarabağ problemi mövzusunda müzakirələr aparılıb. Həmçinin, ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri və bir sıra regional proseslər barədə də fikir mübadiləsi edilib. Görüşdə səfirliyinin siyasi məsələlər üzrə müşavirinin yerinə yeni təyin olunan Ceymi Smit də iştirak edib.