"Əhməd Davudoğlu necə cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın işarəsi ilə baş nazir seçilib, sonra da eyni işarə ilə istefaya göndərildisə, Binəli Yıldırım da eyni yöntəmlə hakim partiyaya lider və ölkəyə baş nazir gətilir".

Bəs, Binəli Yıldırımın Əhməd Davudoğludan fərqi nə olacaq?

Mia.az xəbər verir ki, bununla bağlı "Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əvvəla Binəli Yıldırım texnokratdır, yaxşı icraçıdır, Davudoğlu kimi idealist və nəzəriyyəçi deyil, "güclü prezident, güclü baş nazir” konsepsiyasından çıxış etmir:

"İkincisi, Binəli Yıldırım Əhməd Davudoğludan fərqli olaraq, Ərdoğanın çizdiyi sxemdən kənara çıxmayacaq, bir mühəndis olaraq nə deyiləcəksə, onu da yerinə yetirəcək".

Ekspert baş nazir dəyişikliyinin Türkiyənin inkişafı üçün yaxşı, yoxsa pis olacağını yaxın aylarda bilinəcəyini deyir:

"Hər halda əgər əvvəllər Binəli Yıldırım yalnız körpü və hava limanı tikib, yol çəkirdisə, indi Avropa İttifaqı ilə əlaqələrlə, Suriya, Rusiya, İŞİD və PKK kimi problemlərin həlli ilə də məşğul olmalıdır. Bunlar isə son dərəcə mürəkkəb məsələlərdir".

Mia.az