Fransa-Misir xətti ilə hərəkət edən və bu gün qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı yeni xəbər var.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, 66 nəfərin öldüyü ehtimal olunan təyyarənin qalıqları Yunanıstanın Krit adasının yaxınlığında tapılıb.
Bu arada Fransa prezidenti Ollande də hadisə ilə bağlı açıqlama verib. O, hadisənin texniki nasazlıqdan qəzaya uğramasının daha ağırlıqlı ehtimal olduğunu deyib.