Bakı şəhəri Azadlıq prospekti və Cəfər Xəndan küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-dən mia.az-a verilən məlumata görə, yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçəsində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.

Bununla əlaqədar 19 may 2016-cı il tarixində saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.