Ötən ay manat dollara nisbətən sabit qalsa da aparıcı valyutalara nisbətən bahalaşıb. Bu bahalaşma ABŞ dollarının həmin valyutalara nisbətən bahalaşması ilə bağlıdır. Milli valyutanın ən çox bahalaşdığı valyuta avro olub. ?İqtisadi forum? jurnalının Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, mart ayında avro manata nisbətən 1,4% ucuzlaşıb. Mart ayı ərzində 1 avro 1,0916-dan 1,0759 manata kimi ucuzlaşıb. Bu, son 11 ayda - 2009-cu ilin mayında sonra ən aşağı göstəricidir. 2010-cu ilin 3 ayı ərzində manat avroya nisbətən 7,1% bahalaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1575 manatdan martın sonuna 1,0853 manata kimi ucuzlaşıb. Ötən ay manatın ABŞ dollarına məzənnəsi sabit ? 0,8034 səviyyəsində qalıb. Cari ildə 1 ABŞ dolları 0,8029 manatdan 0,8034 manata yüksəlib. Manatın bahalaşdığı digər valyuta Britaniya funt sterlinqi olub. Mart ayı ərzində manat bu valyutaya nisbətən 1,4% bahalaşıb. Ötən ayı 1 funt 1,2273-dən 1,2102 manata kimi ucuzlaşıb. Bu il isə ümumilikdə manat Britaniya puluna nisbətən 6,3% qiymətsizləşib. 3 ayda 1 funt məzənnəsi 1,2911 manatdan 1,2102 manata kimi düşüb. Martda Yapon iyenası da manata nisbətən ucuzlaşan valyutalar sırasında olub. Ötən ay ?gündoğar? ölkənin valyutası 4,6% ucuzlaşıb. Bu müddətdə 100 Yapon iyenası 0,9003 manatdan 0,8588 manata enib. 2010-cu ildə isə ciddi 1,9% ucuzlaşıb.