Türkiyə Böyük Millət Məclisində (BMM) deputatların toxunalmazlığının qaldırılması ilə bağlı ilk turun səsverməsi keçirilib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki,  toxunulmazlıq səsverməsinin ilk turunda layihənin lehinə 348, əleyhinə 155 səs verilib. 8 deputat bitərəf qalıb, 25 deputat isə bülleteni boş qutuya atıb. Bununla da deputat toxunulmazlığı ilə bağlı maddələrin müzakirəyə açılması qəbul edilib.

Məlumata görə, ilk turun nəticələrindən sonra toxunulmazlıq layihəsində yer alan maddələr bir-bir müzakirəyə çıxarılıb, səsverməyə təqdim olunacaq.