Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası aprelin 5-dən etibarən dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlayıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılıb. Həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatı vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparacaqlar. Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasıının hamısını əhatə edəcək və aprel ayının 20-nə qədər yekunlaşacaq. Monitorinqin nəticələrinə Mərkəzi Seçki Komissiyası tərəfindən qiymət veriləcək.