Türkiyə Hərbi Hava Qüvvələri Hakkari vilayətində törədilən terror hücumundan sonra PKK-ya qarşı əməliyyat keçirib.
Hakkari vilayətində və Şimali İraqda baş tutan əməliyyatlara F-4 və F-16 qırıcıları qatılıb.
Əməliyyat zamanı PKK-nın 98 hədəfi məhv edilib. Hazırda əməliyyatların davam etdiyi bildirilir(Axar.az).
Qeyd edək ki, ötən gün Hakkari vilayətində PKK-ya qarşı əməliyyatlarda 6 əsgər şəhid olub, 8 hərbçi isə yaralanıb. Əməliyyatlara dəstək üçün gedən vertolyotun qəzaya düşməsi nəticəsində isə daha iki hərbçi dünyasını dəyişib.