Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında «Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”da dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

Dəyişikliklə bağlı MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib. O bildirib ki, əvvəllər partiyaların illik maliyyə hesabatları təqdim edildikdən sonra araşdırılıb, 24 saat müddətində ictimailəşdirilirdisə, indi hesabatlar təqdim edilən andan 1 iş günü ərzində olduğu kimi MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdiriləcək.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.