Türkiyədə PKK-lılarla döyüşdə 6 əsgər şəhid olub. 

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Hakkarinin Çukurca qəsəbəsi ərazisində terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb. Terrorçularla mübarizə üçün bölgəyə göndərilən "Kobra” helikopterinin də qəzaya uğraması nəticəsində 2 pilot həlak olub. 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumatı təsdiqləyib. 

"Terrorçuların zərərsizləşdirilməsi məqsədilə, bölgəyə F-16 təyyarəsi, döyüş vertolyotu, piotsuz uçuş aparatı və canlı qüvvələr cəlb edilib. İndiyə qədər altı terrorçu məhv edilib. Əməliyyatlar davam edir”, -deyə gərargahın açıqlamasında bildirilir.