2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin məbləği açıqlanıb.
Mia.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovun verdiyi məlumata görə, büdcəyə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub.
Bu isə proqnoza 104,8 faiz əməl edilməsi deməkdir.