Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri aralarında aparılmış telefon danışığı zamanı digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər. 

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, Lavrov və Kerri telefon danışığı zamanı Suriyadakı vəziyyətin nizamlanmasına dair məsələləri müzakirə ediblər.

Tərəflər həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.

Rusiya XİN-in məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.