Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib. 

İnterfaks-Azərbaycan”ın məlumatına görə, səfər may ayının sonlarına qədər baş tutacaq.

 "Böyük ehtimalla, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını, həmçinin son zamanlar Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyəti müzakirə etməkdir”, -deyə mənbə bildirib. 

Onun sözlərinə görə, Putinin İrəvana səfər edəcəyi də istisna edilmir(AzNews.az).

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin Bakıya təcili səfər edəcəyi barədə məlumat yayılmışdı.