AŞ PA sədri Mövlud çavuzoğlu Azərbaycana gəlir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu 14-16 aprel tarixlərində bu beynəlxalq təşkilatın rəhbəri postunda Azərbaycana ilk rəsmi səfərini edəcək.
AŞ PA rəhbəri səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməyi və qurumun ölkəmizlə əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.
Xatırladaq ki, Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin keçmiş rəhbəri Mövlud Çavuşoğlu cari ilin yanvar ayında sözügedən təşkilatın yeni sədri vəzifəsinə seçilib. 41 yaşlı türk siyasətçinin namizədliyinə assambleya üzvlərinin əksəriyyəti səs verib. O iki il müddətinə AŞ PA-ya rəhbərlik edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50