Milli Məclisin bu gün keçirilən iclasında xalq artisti, millət vəkili Zeynəb Xanlarova çıxış edib. Müstəqil İnformasiya Agentliyinın xəbərinə görə, Z.Xanlarova yenidən Ombudsman seçilən Elmira Süleymanovanı təbrik edib. Ombudsman seçkisi keçirilən zaman iclasda iştirak etmədiyini xatırladan xanım deputat Elmira Süleymanovanı indi təbrik etmək qərarına gəlib. Z.Xanlarova E.Süleymanovanın fəaliyyətini yüksək qiymətləndirərək ona uzun ömür və can sağlığı arzulayıb. Eyni zamanda onun 2009-cu il üçün illik məruzəsinin də kifayət qədər qənaətbəxş olduğunu vurğulayıb.