Filialların genişləndirilməsində Parabank ASC yenə davam edir. Müştərilərinin məmnunluğunu və rahatlığını düşünən Parabank artıq Bərdə, Şirvan, Şəki, Lənkəran və Lökbatanda filialların açılması planlaşdırılır. Bununla da bankın filialların sayını 20-ə çatdırdıq. Bu filiallarda da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, ?Western Union?, ?Contact?, ?Migom?, ?Privat Money?,?Bıstraya poçta?, ?Caspian Money Transfer?,?Azia Express?, ?Allyur?, ?Zolotaya Korona? kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmə və s. xidmətlər təqdim ediləcək. Beləliklə, bu gün ?Parabank? ASC respublikanın regionlarında 7 ? Gəncə, Sumqayıt şəhərlərində və Quba, Beyləqan,Ağcabədi,Gəncə və Kəpəz rayonlarındakı filialları, Bakı şəhərində isə 8 filialı vasitəsilə göstərdiyi xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir. Qeyd edək ki, Parabank 30 iyul 2007-ci ildən Əmanətlərin Sığortalanması fondunun üzvüdür.