Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.

Bu barədə prezident Ərdoğanla baş nazir Əhməd Davudoğlunun bu gün keçirilən görüşündə qərar qəbul olunub. KİV-in məlumatına görə, Davudoğlu sabah qurultayla bağlı ictimaiyyətə geniş açıqlama verəcək.

İddia edilir ki, baş nazir Əhməd Davudoğlu partiya başqanlığına namizəd olmayacaq. Qurultayın vaxtı isə hələlik dəqiq bilinmir.