Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Yayılan məlumatda qeyd olunur ki, aprelin əvvəlində dördgünlük müharibə zamanı 125 erməni hərbçisi yaralanıb. Daha 34 nəfər isə aprelin 5-indən sonra təmas xəttində baş verən atışmalar nəticəsində yaralanıb.
"Ən son məlumata görə, artıq tibbi müəssislərində olan 87 erməni hərbçi oradan buraxılıb. Hazırda xəstəxanada olan erməni hərbçilərindən 8-nin vəziyyətinin ağır olduğu bildirilir” - deyə, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
AzVision