Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2010-cu il tarixli sərəncamı ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, V.Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyevin 30 mart 2010-cu il tarixində imzaladığı digər sərəncamı ilə isə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Həsən Əziz oğlu Həsənovu Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.