2017-ci ildə ABŞ Konqresi Ukraynaya 150 milyon dollarlıq hərbi yardım etməyi planlaşdırır.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu məbləğ ölkənin hərbi büdcəsinə Konqres nümayəndələri tərəfindən əlavə olunub. 

Buna baxmayaraq, konqresmenlər B.Obamanın Kiyevə ölümcül silahlar vermək istəməməsindən narahatdırlar.

ABŞ-ın müdafiə naziri və dövlət katibinin açıqlamalarına görə, ikitərəfli razılaşma əsasında Ukraynaya ölümcül silahlar - minaatanlar, qumbaraatanlar, yüngül atıcı silahlar və hərbi sursat göndərilə bilər.