ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov martın 26-29-da Xakəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytı bu barədə məlumat yayıb. ?Martın 28-də həmsədrlər erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair şərhlərini Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla müzakirə ediblər. Bundan əlavə həmsədrlər İrəvanda bir sıra ikitərəfli görüşlər də keçiriblər. Həmsədrlərin və münaqişə tərəflərinin Parisdə və regionda keçirdiyi son görüşlərdən sonra vasitəçilər tərəflərin münaqişənin Madrid prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanmasına hazır olduğunu məmnunluqla qeyd edirlər?, - deyə bəyanatda qeyd olunub. Bəyanatda həmçinin həmsədrlərin Dağlıq Qarabağdakı separatçı rejim rəhbərliyini danışıqların durumu barədə məlumatlandırdıqları bildirilir.