Türkiyənin Diyarbəkir vilayətində PKK-ya qarşı aparılan anti-terror əməliyyatlarına məşhur "Bordo bereli” xüsusi təyinatlıları da qatılıb.
Mühasirəyə alınan PKK-çılar mülki vətəndaşlardan canlı qalxan kimi istifadə etməyə cəhd göstərib.
Lakin hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində mülki şəxslər ərazidən uzaqlaşdırılıb. Əməliyyata vertolyotlar da cəlb edilib.
Nəticədə yerləri müəyyənləşdirilən terrorçular atəşə tutulub və 9 PKK-çı öldürülüb.
Axar.az