Sabah Bakı Fond Birjasında hərrac keçiriləcək
Sabah saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən verilən məlumata görə, notların buraxılış parametrləri 50101225S dövlət qeydiyyat nömrəli, ümumi həcmi 5 milyon manat, hərraca çıxarılan həcm 4 milyon manat, bir notun nominal dəyəri 100 manatdır. Notların tədavül müddəti 28 gün, ödəmə tarixi 28 aprel 2010-cu ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19