Müasir kommunikasiya texnologiyalarına meyli ilə seçilən Rusiyanın baş naziri Dmitri  Medvedev deyəsən bu dəfə özü də bilmədən Ermənistana səfər edən rus rəsmilər və diplomatlar üçün protokola yenilik gətirib.

Ondan sonra dünən Ermənistanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Baş nazirdən nümunə götürərək mobil telefonla Ararat dağının şəkilini çəkib.  Rusiya XİN-nin rəsmi sözçüsü Mariya Zaxarova isə bu şəkili özünün "Facebook" səhifəsində yerləşdirib.

Lavrovun bu şəkillə hansı mesaj vermək istədyi isə yaxın günlərdə aydınlaşacaq…

Xatırladaq ki, Medvedev Yerevandan sonra Bakaıya səfəri zamanı şəhərimizin panoram-fotosunu çəkmişdi və sosial şəbəkələrdə paylaşmışdı.

Strateq.az