?Yeni ulduz? Aysel Əlizadə gəlinlik geydi
?Yeni ulduz? müsabiqəsinin finalçılarından olan Aysel Əlizadə 3 il öncə solo fəaliyyətə başlayaraq özünü müəyyən dərəcədə tanıda bilmişdi. Onun ilk klipi və Elnur Məmmədovla dueti hələ çoxlarının yadındadır. Lakin bir ildən çox idi ki, gənc sənətçi ortalıqda görünmürdü.
Buna görə Aysel xanımın yeni klipinə təqdimat keçirməsi çoxları üçün gözlənilməz oldu. Jurnalistləri başına toplayan A.Əlizadə onların ixtiyarına sözləri və musiqisi İsmayıl Əsədova məxsus ?İlk dəfə? adlı mahnının rejissor Ülviyyə Könül tərəfindən ekranlaşdırılmış klipini verdi. Süjet xətti olmasa da, klip tədbir iştirakçılarını qane etdi. Ülviyyə Könül klipə maraqlı süjet fikirləşdiyini, lakin sifarişçinin istəyini nəzərə alaraq kadrlara yalnız ifaçının öz obrazını saldığını bildirdi. O, sadə olsa da, klipdə sətiraltı mənaların olduğunu, Ayselin isə öz rolunun öhdəsindən uğurla gəldiyini də vurğuladı.
Klipdə gəlinlik paltarında olsa da, bir qədər fikirli görünməsinin səbəbini Aysel xanım belə izah etdi: ?Bu mahnını İsmayıl bəy 33 yaşlı bir xanımın öz toyunda bir qədər dalğın vəziyyətdə görəndən sonra yazıb. 19 yaşım olsa da, mahnı məni tutdu və ona klip çəkdirmək qərarına gəldim?.
Aysel Əlizadə 1 illik fasiləsinin səbəbini Milli Konservatoriyaya daxil olması ilə izah etdi. Bundan sonra o, tamaşaçıların görüşünə daha tez-tez gəlməyi söz verdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47