Yazıçı Əkrəm Əylisliyə qarşı başladılan cinayət işi başqa maddəyə tövsif edilib.

Mia.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov "Feysbuk"dakı səhifəsində məlumat verib. 

O bildirib ki, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar:

"Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğuna göndərildi”.

Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir  -  Maddəsi dəyişdirildi