Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun qardaşı Eldar Məmmədov vəfat edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP mətbuat və informasiya katibi Əli Orucov məlumat verib. Ə.Orucov bildirib ki, AMİP liderinin 57 yaşlı qardaşı uzun müddət idi ki, xəstəimiş. Onun sözlərinə görə, E.Məmmədov martın 28-də dünyasını dəyişib, elə həmin gün də dəfn olunub. Qeyd edək ki, Eldar Məmmədov əvvəllər Turizm İdarəsində yüksək vəzifədə çalışıb. [b]Allah rəhmət eləsin.[/b]