Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova, onu sözlərindən sitat gətirmiş "RİA Novosti” agentliyinin buraxdığı səhvdən qeyzləndiyini bildirib.

"RİA "Novosti” mənə istinad edərək Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü barədə məlumat verib. Mən belə şey deməmişəm. Ümid edirəm ki, agentlik bu səhvi düzəldəcək. Mən demişəm ki, Rusiya və Ermənistan XİN başçılarının görüşü olacaq. Xahiş edirəm, diqqətli olun”, - Rusiya xarici siyasət idarəsinin rəsmisi belə yazıb.