Bu gün Strasburqda AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, Komitədə qəbul edilən qərara əsasən, rumıniyalı parlamentari Sezar Florin Preda Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub. O, ispaniyalı həmkarı Aqustin Kondeni əvəzləyib.

Qeyd edək ki, Sezar Florin Preda ASPA-da Avropa Xalq Partiyası qrupunun üzvüdür.

Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi avstriyalı parlamentari Stefan Şennakdır.