Xalq şairi Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri postuna sahib çıxandan sonra bu qurumun fəaliyyətində xeyli irəliləyişlər var. Artıq Aşıqlar Birliyinin adı qrant layihələrinə də salınıb. Belə ki, birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticəsinə görə, Azərbaycan Aşıqlar Birliyi unudulmaqda olan Azərbaycan aşıqlarının foto-albomunu hazırlayacaq. Bunun üçün Aşıqlar Birliyinə gərəkli olan 10 000 manat Dövlət Dəstəyi Şurası tərəfindən ayrılıb.