Bir neçə gün əvvəl Rusiya hərbi bombardman təyyarələrinin Baltik dənizində hərəkətdə olan ABŞ-ın hərbi gəmisi - "USS Donald Cook"un üzərindən alçaqdan uçub, dəfələrlə təhlükəli manevrlər etməsi xəbərlərinə Rusiyadan rəsmi reaksiya verilib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsindən rəsmi açıqlama yayan mətbuat xidmətinin rəhbəri İqor Konaşenkov deyib ki, bu hadisə adi bir hazırlıq uçuş olub: "Belə bir uçuşu bundan əvvəl də Rus savaş qırıcıları tərəfindən həyata keçirilib. Bu uçuşlar gəmi heyəti üçün gözlənilməz və qəfil bir hərəkət deyil".
Xatırladaq ki, Rusiya hərbi bombardmançı və hücum qırıcılarının "USS Donald Cook" hərbi gəmisinə qarşı dəfələrlə təhlükəli təhdid xarakterli manevrlər etməsi haqda xəbərlər yayılıb. Belə təhdid uşuşları olan zaman gəminin kapitanları rus və ingilis dillərində rus pilotlarla əlaqə yaratmaq istəsə də, cəhdlərinin cavabsız qaldığı da bildirilir.
Mia.az