"Azərbaycan neft hasilatını dondurmağa hazırdır".

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Virtualaz.org-un məlumatına görə, o, TASS agentliyinə müsahibəsində bildirib ki, neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

"Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, - deyə, Natiq Əliyev bildirib.

Nazir əlavə edib ki, razılaşma sırf centlmensayağıdır, belə ki, onun icrasına nəzarət mexanizmi nəzərdə tutulmayıb.