"Bu gün mənə dolların 70 qəpik olacağı ilə bağlı xeyli sayda narahatdolu suallar ünvanlanıb".

Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev dolların kəskin düşəcəyi, hətta 70 qəpik olacağı haqda dolaşan şayiələrə münasibətdə açıqlayıb.

O bildirib ki, belə kəskin eniş mümkün deyil: "Bildirmək istəyirəm ki, belə məlumatlara inanmaq lazım deyil. Hazırki dövrdə dolların 70 qəpiyə düşməsi real deyil. Ümumiyyətlə, dollar heç zaman 70 qəpik olmayacaq. Neft hətta 100 dollara qalxsa belə...".

Mia.az